AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Tender elanı

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası 

əməkdaşlarının tibbi sığortalanması üzrə 

TENDER ELANI

1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası öz əməkdaşlarının tibbi sığortalanması üzrə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında satınalmaların təşkili Qaydaları və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender keçirir.

Tender proseduru 2017-cı il 16 yanvar tarixində saat 11:00-da Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasında (Bakı şəhəri, Bülbül prospekti, 27) keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün ərizə;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

- iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (Tender təklifi 10 fevral 2017-ci il tarixinədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) %-i məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

- iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılığın (lisenziyanın) və tibbi sığorta fəaliyyətinin həyata keçirilməsinə icazənin surəti;

- son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının 2015-cü il üzrə auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış;

- iddiaçının tibbi sığorta fəaliyyəti sahəsində ən azı üç il təcrübəsinin olmasını və bu sahədə korporativ müştərilərə göstərilən xidmətlər haqqında məlumatları əks etdirən sənəd (tenderin əsas şərtlər toplusuna əlavə olunan formada);

- sığorta qanunvericiliyinə uyğun olaraq onunla əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı iki korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu.

3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 2017-cı il 13 yanvar saat 17:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 2017-cı il 5 yanvar saat 17:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Bakı şəhəri, Bülbül prospekti 27 ünvanda ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

4. İştirak haqqı 300 (üç yüz) manatdır. Tenderdə iştirak haqqı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının aşağıdakı hesabına köçürülməlidir:

Bank: ASC “Xalq” Bankının “Sahil” filialı

Bank VÖEN: 2000296061

Müxbir hesab: AZ24NABZ01350100000000067944

Kod: 510675

SWIFT: HAJCAZ 22

Açıq tender üzrə hesablaşma hesabı: AZ92HAJCNCRAZN00900071310001

VÖEN: 1403372311

5. Xidmətin göstərilməsinə başlanma vaxtı: 20.01.2017-ci il tarixdən.

Xidmətin göstərilməsi müddəti: 12 ay.

6. Qiymətləndirmə meyarları: maliyyə amili, xidmətlər paketi üzrə sığorta şərtləri.

7. Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Bakı şəhəri, Bülbül prospekti 27 ünvanda ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Tender üzrə əlaqələndirici şəxs: Təminat və satınalmalar sektorunun əməkdaşı Arslan Hacıyev (arslan.hajiyev@fmsa.az, Tel: 4935058 (daxili 235), İnsan resursları idarəsinin əməkdaşı İlhamə Rüstəmli (ilhama.rustamli@fmsa.az, Tel: 4935058  (daxili 237).

 

            Tender komissiyası