AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Press relizlər

05 may 2017, 11:22

Bank sektorunun birinci rübü üzrə icmal göstəriciləri açıqlanıb

05 may, 2017-ci il; Bakı – 2017-ci ilin birinci rübünün nəticələrinə əsasən Azərbaycanda  fəaliyyət göstərən 32 bankın cəmi aktivləri  29,980.1 milyon manat, cəmi öhdəlikləri 27,219.9 milyon manat təşkil etmişdir. Sektorun balans kapitalı 2,760.2 milyon manatdır. Əhalinin əmanətləri 6,889.2 milyon manat həcmindədir.
Bankların filiallarının sayı 561, şöbələrinin sayı 137, ATM-lərin sayı 2,471-dir.  Bütövlükdə, bank sektorunun işçi heyəti 16,312 nəfər təşkil edir.
Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 145, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-lərin işçi heyəti 2,726 nəfər təşkil edir.
2017-ci ilin birinci rübü üzrə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.

31 mart 2017-ci il tarixinə olan bank sektorunun əsas göstəriciləri

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.azpress@fmsa.az ünvanına müraciət edə bilərlər. 
Digər press relizlər »